Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Daşqın qurbanları Bakıda ədalət axtarışında


Mətbuat icmalı
Mətbuat icmalı
-
RÜSTƏM İBRAHİMBƏYOV SƏNƏTLƏ BİZNES ARASINDA

«Yeni Azərbaycan» qəzeti dramaturq Rüstəm İbrahimbəyovla Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov arasında davam edən qarşılıqlı açıqlamalardan yazır. Əli Həsənov bu dəfə deyib:

«Rüstəm İbrahimbəyov düşünür ki, o, keçmişdə bir-iki kino çəkibsə, bütün Azərbaycan ictimaiyyəti ona minnətdar olmalıdır və nə edəcəyini gözləməlidir».

Əli Həsənov bəlli bir işlə məşğul olduğunu və özünü bu işdə tapdığını bildirib:

«Həm mənəvi, həm də maddi cəhətdən məni bugünkü vəzifəm qane edir. Yazıq Rüstəm İbrahimbəyovdur ki, keçmişdə Rasim Ocaqov kimi sənətkarların istedadı ilə az-çox müvəffəqiyyət qazandığı kino sənəti ilə hazırda məşğul olmaq istədiyi biznes sənəti arasında vurnuxur…».

DAŞQIN QURBANLARI BAKIDA ƏDALƏT AXTARIŞINDA

«Azadlıq» qəzeti Kür daşqınından ziyan çəkən sabirabadlıların Bakıya etiraz yürüşündən yazır. Qəzet bildirir ki, Kür daşqınlarına ayrılan pulu yeyiblər. Daşqın altında qalmış kəndlərin sakinləri ədalətsiz kompensasiyalara etiraz əlaməti olaraq iyulun 20-də Bakıda-Fövqəladə Hallar Nazirliyinin önündə etiraz aksiyası keçiriblər.

AZƏRBAYCAN İRANA QARŞI?

«Bizim yol» qəzetinin yazdığına görə, Azərbaycan İrana qarşı sanksiyalara qoşulub. İranlı iş adamları ölkədən çıxarılır, şirkətlər təhvil-təslim edilir, pul köçürmələri dayandırılıb.

Qəzet qeyd edir ki, hazırda ölkədə iranlı iş adamları ilə bağlı ciddi araşdırmalar aparılır, şirkətlər ciddi nəzarət altına götürülür.

SEPARATÇI REJİMİN NÖVBƏTİ ŞOUSU

«Azərbaycan» qəzeti Ermənistanın işğal etdiyi ərazilərdə-Dağlıq Qarabağda keçirilən prezident seçkisini separatçıların növbəti şousu adlandırır. Qəzetin yazdığına görə, beynəlxalq təşkilatlar separatçı rejimin keçirdiyi seçkiləri kəskin pisləyir. Qəzetdə bu seçkilər beynəlxalq aləmdə tanınmayan və nəticəsi əvvəldən bəlli olan imitasiya kimi xarakterizə edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG