Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53
-
Bu günlərdə Avropa və ABŞ-ın müxtəlif şəhərlərində pivə-velosipedlərlə rastlaşa bilərsiniz. 90-cı illərin sonlarında Hollandiyada icad edilən pivə-velosiped adamlar arasında ünsiyyət qurmağı asanlaşdıran nəqliyyat növü kimi də məşhurdur. Pivə-velosipedin mərkəzindəki stolun ortasında pivə kranı var. Təkərləri isə həm də oturacaqdır.

2005-ci ildən pivə-velosipedlər istehsal edən Ard Karsten deyir ki, «turistlər Amsterdamı belə görməyi sevir».

Ard Karsten 6 metr uzunluğunda və 700 kilo çəkisi olan açıq mavi rəngli velosipedinə yeni bir hissə də əlavə edir. Taxta dəzgahın ətrafına düzülmüş velosiped oturacaqlarının üstündə 12 adamı gəzdirir. Sürəti isə saatda 8 kilometrə çata bilir.

Zwier van Laar ilk pivə-velosipedi 1997-ci ildə yerli festivalda öz barını tanıdan bar sahibi üçün istehsal edib. Zwier van Laar deyir ki, «indi adını belə eşitmədiyim ölkələrdən sifarişlər alıram».

«SUBAYLIQLA VİDALAŞMA»

Almaniyada vəkil işləyən Udo Klemt pivə-velosipedi ilk dəfə Hollandiyada görüb. «Görən kimi xoşuma gəldi» deyən Klemt 2005-ci ildə Almaniyanın Köln şəhərinə bu velosipedlərdən birini gətirir. İki il sonra isə Almaniyanın 30 şəhərinə və Budapeştdə Hollandiya istehsalı olan velosipedlərlə turlar həyata keçirir. Şirkətinin adını isə «BierBike» qoyur. Klemt deyir ki, planı dünyaya çıxmaqdır.

Əslində pivə-velosipedlərin niyə bu qədər maraq doğurması məlum deyil. Londondakı pivə-velosipeddə hərdən şampan da verən Luke Roberson deyir ki, bir dəfə polis onu saxlayıb kartını istəyib. Sabahkı gün üçün bu velosipeddə yer sifariş edib.

Belçikada pivə-velosiped turları həyata keçirən Bart Sallets isə deyir ki, bəzən işlərinə nəzarət edə bilmir. Məsələn, «subaylıqla vidalaşma» şənliklərinin birində yubka geymiş ortayaşlı bir belçikalını az qala yandıracaqmış. Polisin gələcək bəyi şöbəyə aparmasından sonra adamlar velosipedi tərk edib. Özü isə təkbaşına qalıb.

Karsten’in velosipedində bir neçə gün əvvəl başqa bir «subaylıqla vidalaşma» tədbiri keçirilib. Tədbirdə təşkilatçılıq edən Julien Paumelle deyir:

«Arvadım məni bu vəziyyətdə görsəydi, yəqin məni atardı. Çünki çox axmaq görünürəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG