Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:56

Vaşinqtonda ABŞ-Azərbaycan məsləhətləşmələri başlayır


-
İyulun 24-də Vaşinqtonda Azərbaycanla ABŞ Təhlükəsizlik Dialoqu keçiriləcək.

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iclasda iştirak etmək üçün Vaşinqtona gedəcək nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Araz Əzimovun rəhbərlik edəcəyini bildirib.

Görüşdə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Danışıqlarda ABŞ nümayəndə heyətinə Dövlət katibinin hərbi-siyasi əlaqələr üzrə köməkçisi Andrew Shapiro başçılıq edəcək. /apa/
XS
SM
MD
LG