Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:25

Azərbaycan əhalisinin sayı 9.3 mln. nəfərə çatıb


-
Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 59.3 min nəfər və yaxud 0.6% artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9 294.4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı 1 kvadrat kilometrə 107 nəfər olub.

Əhalinin 52.9%-i şəhər, 47.1%-i isə kənd yerlərində məskunlaşıb. Onların 49.6%-ni kişilər, 50.4%-ni qadınlar təşkil edib.

22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır.

Hazırda hər 1000 kişiyə 1015 nəfər qadın düşür.

Cari ilin yanvar-iyun ayları ərzində 86.4 min körpə doğulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18.9-dan 19-dək artıb. Doğulanların 53.8%-i oğlanlar, 46.2%-i qızlardır. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub.

Eyni zamanda, cari ilin altı ayı ərzində ölkədə 28 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6.1) qalaraq dəyişməyib.
XS
SM
MD
LG