Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:17

Azərbaycanın inkişafı heyran edir...


Mətbuat icmalı
Mətbuat icmalı
DÖRD AYDIR Kİ, İSTİNTAQ APARILMIR

«Azadlıq» qəzeti yazır ki, Quba hadisələri ilə bağlı tutulanlar girov saxlanılır. Heç bir istintaq hərəkəti aparılmasa da istintaq müddəti uzadılır. Vəkil Əsabəli Mustafayev qəzetə bildirib ki, Quba hadisələrinə görə, müdafiə etdiyi şəxsin işi ilə bağlı istintaq artıq dörd aydır ki, aparılmır. Bu yanaşma onun barəsində həbs-qətimkan tədbiri seçilən gündən davam edir. Vəkilin sözlərinə görə, digər həbs olunanlarla bağlı da eyni situasiya yaşanır.

ÖLKƏNİN İNKİŞAFI HEYRAN EDİR

«Azərbaycan» qəzeti yazır ki, ölkənin dinamik inkişafı, dünyada artan nüfuzu daim diqqət mərkəzindədir. Qəzetin bildirdiyinə görə, bunu Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Lord Laird Milli Məclisdə keçirdiyi görüşdə deyib. Lord Laird bildirib ki, Bakıya hər səfərində gördüyü yenilik, inkişaf onu heyran edir.

AZƏRBAYCAN VƏTƏNDAŞI QƏRAR VERMƏLİDİR

«Bizim yol» qəzetində Kinematoqrafçılar İttifaqının sədri, dramaturq Rüstəm İbrahimbəyov deyir ki, sistem onun susmasını istəyir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu günlərdə mediaya açıqlamasında «Rüstəm İbrahimbəyov kimdir ki, onun alternativi olmasın» demişdi. Rüstəm İbrahimbəyov isə ona cavab olaraq deyir ki, Əli Həsənov mövcud sistemin üzvüdür və tapşırıq yerinə yetirir: «Hər bir Azərbaycan vətəndaşı mövcud vəziyyət barədə düşünüb hüququnun müdafiəsi barədə qərar verməlidir».

ERMƏNİSTAN VƏZİYYƏTİN CİDDİLİYİNİ DƏRK ETMƏLİDİR

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Mübariz Qurbanlıya istinadla yazır ki, Dağlıq Qarabağ üzərində uçuşlar həyata keçirilsə Azərbaycan istənilən sərt tədbirlər görmək səlahiyyətinə malikdir. Ermənistan hökuməti və separatçı rejim rəsmi Bakının bəyanatının ciddiliyini dərk etməlidir.

LƏNKƏRAN YENƏ DƏ QƏLƏBƏYƏ HƏSRƏT QALDI

«Futbol+» qəzeti «Lənkəran yenə qələbə görmədi» başlıqlı yazıda Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunlarından danışır. 1:1 hesabı ilə nəticələnən Xəzər Lənkəran-Lex (Polşa) matçı barədə qəzet qeyd edir ki, Lənkəran yenə də qələbəyə həsrət qaldı. Halbuki, «Ürəyimə damıb ki, Lexi keçəcəyik» deyən Yunis Hüseynovun yetirmələri oyuna çox yaxşı başlamışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG