Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

«Oğlumun əl-ayağını doğrayıb meyitini çay kənarında basdırmışdılar»


Foto: Arxiv

Foto: Arxiv

-
Gəncə sakini Elxan Məmmədov «Qaynar xətt»ə şikayət edib. Deyir ki, 26 yaşlı oğlu Müşfiq Məmmədov ötən il mayın 16-dan 17-nə keçən gecə Gəncə şəhərində müəmmalı şəkildə qətlə yetirilib. Qətlin üstü hələ də açılmayıb.

Elxan Məmmədov:

«Əl-ayağını doğrayıb basdırıblar. Bunu kim edib, bizə də məlumdur. Bu barədə prokurorluğa da demişəm, hər yerə yazmışam, yazdığıma baxan yoxdur. Oğlum idmançı idi, pis adamların çevrəsinə düşdü, narkotikə «oturdub» evini yıxdılar. Öldürüb, əl-ayağını doğrayıb «Dubay bazarı» deyilən bazarın yaxınlığındakı çayın qırağında basdırmışdılar».

Elxan Məmmədov deyir ki, oğlunun ölüm xəbərini ilk dəfə televizordan eşidib:

«Xəbərlərdə eşitdim, getdim polisə, prokurorluğa. Məlum oldu ki, meyiti çıxarıb qəbiristanlıqda dəfn ediblər, bizə məlumat verməyiblər. O vaxtdan deyirlər cinayət işi qaldırılıb. Ancaq bizə nə maddə göstərən, nə də başqa məlumat verən var».

Elxan Məmmədov deyir ki, oğlu əvvəllər həbsdə də olub:

«Bir dostu ona pul borclu idi, oğlum da dostunun maşınını əlindən almışdı ki, get pulu gətir, maşınını qaytarım. Dostunun şikayətlərindən sonra oğlumu həbs etdilər, 3 il iş verdilər. Həbsxanadan çıxandan sonra da pis çevrəyə düşdü, bədbəxt oldu. İndi heç olmasa qatillərini cəzalandırsınlar. Hadisə təzə baş verən vaxt 2 nəfəri aparıb 3 gün saxladılar, sonra buraxdılar. Ancaq mən elə oğlumun qətlində o iki nəfərdən şübhələnirəm».
Baş Prokurorluq

Baş Prokurorluq


BAŞ PROKURORLUQ: İSTİNTAQ ADAMÖLDÜRMƏ MADDƏSİ ÜZRƏ APARILIR

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Qaynar xətt»ə bildirib ki, Gəncə prokuroru Elxan Məmmədovu şəxsən dəfələrlə qəbul edib:

«Vətəndaşın prokurorluqda laqeyd münasibətlə qarşılanması barədə dedikləri həqiqəti əks etdirmir. Naməlum meyit aşkar olunduqda, üzərində zorakılıq əlamətləri varsa, ilk olaraq Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanır. Müşfiq Məmmədovun meyinin aşkar olunmasından sonra da bu maddə ilə cinayət işi başlanıb. İstintaq zamanı yeniliklər ortaya çıxarsa, həmin maddə başqa maddəyə tövsüf oluna bilər. Hələlik isə istintaq bu maddə üzrə aparılır».

O ki qaldı ilk vaxtlar istintaq tərəfindən saxlanılıb sonradan sərbəst buraxılanlara, Eldar Sultanov bildirib ki, istintaq zamanı şübhəli bilinən şəxslərin saxlanıb, yoxlanılıb buraxılması təbiidir.

Eldar Sultanov deyir ki, Elxan Məmmədov yerli prokurorluq orqanından və istintaqdan narazıdırsa, bunun üçün istintaqa nəzarət edən yuxarı orqana - Baş Prokurorluğa rəsmi müraciət etməlidir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG