Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31
Slovakiya polisi Ukrayna ilə Slovakiyanın sərhəddində, yerin altında uzunluğu 700 m olan tunel tapıb.
Polis bu barədə Bratislavada mətbuat konfransında məlumat verib.

Polis tuneli aşkar edəndə tunel boş olub.
Polisin ehtimalına görə bu tuneli qaçaqmalçılar qazıblar.
Polisin ehtimalına görə, qaçaqmalçılar bu yolla Ukraynadan Slovakiyaya ucuz siqaret daşıyırlar.

Polis bildirir ki, tunel əla təchiz olunub. Burda nəinki ventilyasiya var, hətta işıq da çəkilib.

Qaçaqmalçıların sərhəddə yeraltı tuneldən istifadə etməsi birinci dəfə deyil.

Ən məşhur belə tunellər Qəzza bölgəsi ilə Misir arasında qazılmış tunellərdir.

2009-cu ildə İsrail hətta bu tunelləri bombaladı.
XS
SM
MD
LG