Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:41

Şairlərin valideynləri gələn həftə İrana yollanacaqlar


Fərid Hüseyn və Şəhriyar del Gerani (istintaq fotosu)

Fərid Hüseyn və Şəhriyar del Gerani (istintaq fotosu)

Ailələri Fərid Hüseyn və Şəhriyar del Gerani ilə görüşmək üçün İrana getməyə hazırlaşır. İyulun 19-da “Media forum” saytına açıqlama verən Şəhriyar del Geraninin atası Hacı Mail Hacıyev deyib ki, iyulun 27-də İrana yollanacaqlar:

“Dünən axşam Azərbaycanın Təbrizdəki konsulunun müavini evimizə zəng vurdu. Övladımızla görüşmək üçün şərait yaradıldığını, bizi İranda gözlədiyini bildirdi.

Daha əvvəl isə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Fəridin dayısı ilə bu baradə danışıb. Biz artıq İrana getməyə hazırlaşırıq. Ayın 24-də İranın Azərbaycandakı səfirliyinə gedəcəyik. Orada bizə neçə nəfərin gedə biləcəyini söyləyəcəklər”.

Bu arada Şairlərin - Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması üçün beynəlxalq təşkilatlara da müraciətlər hazırlanıb.

İyulun 19-da Qadın Jurnalistlər Assosiasiyasının təşəbbüsü ilə hazırlanan müraciətə 80-ə yaxın adam imza atıb. Müraciət BMT və ISESCO rəhbərliyinə, İran prezidentinə və ölkənin ali dini rəhbərlərinə ünvanlanıb.

Müraciətə deputatlar, müxtəlif media qurumlarının əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digərləri qoşulub.

Müraciətdə şairlərin valideynləri və Azərbaycanın İrandakı konsulluğunun nümayəndəsi ilə görüşmələrinə şərait yaradılması istənilir.

Poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar.

Onlar casusluqda ittiham edilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG