Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:31

İran Burqasdakı partlayışda əli olmadığını deyir


İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanparast bildirib ki, Tehran həmişə günahsız insanlara qarşı yönəlmiş istənilən terror aktını pisləyib.

İsrail hesab edir ki, bu terror aktının arxasında iranpərəst Livandakı Hizbullah qrupu durur.

Dünən İsrail turistlərini aparan avtobusun Bolqarıstanın Burqas hava limanında partladılması nəticəsində intiharçı da daxil olmaqla 7 adam ölüb.

Onlardan 6-sı İsrail , 1-i isə Bolqarıstan vətəndaşıdır.
XS
SM
MD
LG