Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:57

İran hökumətinə həbsdə olan şairlərlə bağlı müraciət hazırlanıb


-
Şairlərin - Fərid HüseynŞəhriyar Hacızadənin azad olunması üçün beynəlxalq təşkilatlara da müraciətlər hazırlanıb.

İyulun 19-da Qadın Jurnalistlər Assosiasiyasının təşəbbüsü ilə hazırlanan müraciətə 80-ə yaxın adam imza atıb. Müraciət BMT və ISESCO rəhbərliyinə, İran prezidentinə və ölkənin ali dini rəhbərlərinə ünvanlanıb.

Müraciətə deputatlar, müxtəlif media qurumlarının əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digərləri qoşulub.

Müraciətdə şairlərin valideynləri və Azərbaycanın İrandakı konsulluğunun nümayəndəsi ilə görüşmələrinə şərait yaradılması istənilir.

Poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar.

Onlar casusluqda ittiham edilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG