Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:13

İ. Əliyev: «Naxçıvanda hər bir sahədə inkişaf vardır...»


Prezident İlham Əliyev və MR-nın Ali Məclisinin sədri Vasif Talıbov
Prezident İlham Əliyev və MR-nın Ali Məclisinin sədri Vasif Talıbov
AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA NAXÇIVAN ŞƏHƏR POLİKLİNİKASINDA ELMİ – PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR


Dünən Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında vərəm və ağciyər xəstəliklərinə dair elmi – praktik konfrans keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq konfrans iştirakçılarını salamlamış, respublika əhəmiyyətli belə bir konfransın Naxçıvanda 2004-cü ildən keçirildiyini xatırlatmış, ötən dövr ərzində muxtar respublikamızda vərəm və ağciyər xəstəliklərinin profilaktikası, müayinə və müalicəsi sahəsində görülən işlərdən danışmış, bir neçə gün əvvəl Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Şəhər Poliklinikasında keçirilən konfransın işinə uğurlar arzulamışdır.
Məruzələrdə Milli Referans Laboratoriyasının iş fəaliyyəti və perspektivləri, ağviyər vərəminin kompleks müalicəsində cərrahi müdaxilənin tətbiqi, dünyada vərəm üzrə vəziyyət və digər mövzulardan bəhs olunmuşdur.

VƏTƏN SEVGİSİ ÜZƏRİNDƏ UCALDILAN NAXÇIVAN

...Ölkə başçısı budəfəki səfərində də muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirdi və bunu səbəblərini də açıqladı: «Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir».

Bu, Azərbaycan Prezidentinin muxtar respublika rəhbərinin, eləcə də bütün naxçıvanlıların fəaliyyətinə verdiyi ən yüksək dəyərdir.

...Ölkə başçısı muxtar respublikaya əvvəlki səfərlərində də buna bənzər fikirlər səsləndirib: «Bəzən sual verirlər ki, uğurlu siyasətin səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Əgər bu, varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Çalxanqala yeni inkişaf mərhələsindədir
- Su bolluq və bərəkət rəmzidir
- Ordubadda mini – futbol yarışı
XS
SM
MD
LG