Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13

İsrail Bolqarıstana müstəntiqlər qrupu göndərib


Bolqarıstan hakimiyyəti bəyan edib ki, Burqas hava limanında sərnişin avtobusunu intiharçı partladıb.

İsraildən olan turistləri aparan avtobusun partlaması nəticəsində 7 nəfər ölüb, 30-dan çox adam isə yaralanıb.

Ölənlərdən 6-sı israilli, 1-i isə bolqardır.

Bolqarıstanın daxili işlər naziri Svetan Svetanovun sözlərinə görə, araşdırma zamanı bəlli olub ki, intiharcıda Birləşmiş Ştatların saxta sürücülük vəsiqəsi var imiş.

Amma onun şəxsiyyəti barədə məlumat verilmir.

İsrailin müdafiə naziri Ehud Barak bundan əvvəl bildirib ki, bu terror aktının arxasında
Livanda yerləşən iranpərəst Hezbullah qrupu durur.

İsrail istintaqa kömək etmək üçün Bolqarıstana xüsusi qrup göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG