Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:39

Save The Childeren Uşaq İnkişafı İndeksi haqqında hesabat yayıb


Save The Childeren təşkilatı 2012-ci il üzrə Uşaq İnkişafı İndeksi haqqında hesabat yayıb.
Hesabatda bildirilir ki, son 10 ildə ilk dəfə olaraq aclıq çəkən uşaqların sayı artıb.

Hesabatda uşaqlar üçün ən yaxşı və ən pis ölkələr yer alıb. Bu, məktəbə gedən uşaqların sayı, uşaqlar arasında ölüm faizi və çəki azlığı göstəriciləri ilə müəyyənləşdirilib.

Uşaqlar üçün ən pis ölkə Somalidir. Keçən il bu ölkədə baş verən ərzaq böhranı nəticəsində on minlərlə uşaq ölmüşdü. Yüz minlərlə uşaq isə öz evlərindən didərgin düşmüşdü.

Uşaqlar üçün ən yaxşı ölkələr siyahısının ilk onluğu belədir - Yaponiya, İspaniya, Kanada, İtaliya, Finlandiya, İslandiya, Fransa, Böyük Britaniya, Almaniya və Norveç.

141 ölkə arasında Azərbaycan 87, Ermənistan 68, Gürcüstan isə 43-cü yerdədir. Rusiya 37, İran 60-cıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG