Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:36

Dəməşq ətrafında qanlı toqquşmalar davam edir


Dünən Dəməşqdə törədilən partlayışdan sonra paytaxt ətrafında qanlı toqquşmalar davam edir. Həm hökumət təmsilçiləri, həm də müxalifətçilər toqquşmalarda çoxlu adamın öldüyünü bildirir.
Londondakı Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, dünən bütün ölkə üzrə baş verən döyüşlərdə 150-dən çox adam ölüb.

BMT-nin baş katibi Ban ki-Moon və Suriya üzrə xüsusisi nümayəndə Kofi Annan bu günkü iclasında Suriya hakimiyyətinə qarşı ağır sanksiyalar tətbiq etməyə çağırıb. Rusiya və Çinin isə veto hüququndan istifadə edəcəyi gözlənilir.

Dünən Dəməşqdə törədilmiş partlayışda Suriyanın müdafiə naziri Daoud Rajiha, müdafiə nazirinin müavini Assef Shavkat, Assef (o, həm də Assadın qaynıdır) və general Hassan Turkomani həlak olublar. Daxili işlər naziri İbrahim al-Shaar isə aldığı yaralardan bir müddət sonra keçinib.
XS
SM
MD
LG