Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

«Mahmud və Məryəm» fimində Hollivud ruzgarı əsəcək


«Sizin çox gözəl ölkəniz var, Bakı isə məni heyran etdi, bu, möcüzələr şəhəridir».

APA-nın məlumatına görə, bu sözləri məşhur xorvat aktrisası, Hollivud aktyoru Riçard Girlə «Xantın ovu» filmində rol alan Kristina Krepela deyib:

«Bu günə kimi bu cür ölkəni tanımamağımdan dolayı çox utanıram. Burada olmaq və bu gözəl ölkəni tanımaq mənim üçün böyük şansdır».

Yazıçı Elçinin «Mahmud və Məryəm» filmində Ceylan roluna dəvət alan aktrisa, məhz bu filmdə oynamaq üçün Bakıya gəlib və heyətlə birgə bu gün Şəkiyə yola düşüb.

Aktrisa bildirib ki, Azərbaycanda keçirilən «Eurovision-2012» yarışmasından sonra bütün Avropa tez-tez Bakıdan danışır:

«Mən bura gəlməmişdən əvvəl «Eurovision» təmsilçimiz Nina Badriçdən Bakı haqqında bütün məlumatları istədim. Nina sizin şəhərə elə vurulub ki, hər yerdə və hamıya Bakı haqqında danışır. Amma o məni aldatdı. Nina mənə Bakının küləklər şəhəri adlandırıldığını dedi, amma bura çox istidir».

Aktrisa onu da deyib ki, «Mahmud və Məryəm» filmində türk dilində danışmaq ona çətin olacaq, amma o, yaradıcı heyətin dəstəyinə inanır.

Xatırladaq ki, yazıçı Elçinin «Mahmud və Məryəm» romanı əsasında çəkiləcək eyniadlı tammetrajlı filmi Türkiyənin «24 Kare» şirkəti ekranlaşdıracaq.

Filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film 10 həftə ərzində çəkiləcək.

«Mahmud və Məryəm» filmində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Məlikov, Ufuk Şən, Kristina Krapela kimi tanınmış aktyorlar oynayacaqlar.

Filmdə 25 nəfərlik dublyor heyəti və sürpriz qonaq aktyorlar da var.

Aktyorlar 3 ay ərzində döyüş səhnələri, at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər.

Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyasının qurulduğu 8000 kvadrat metrlik böyük bir yaylaqda çəkiləcək. Kostyumlar üçün 13 min metr parçadan istifadə olunacaq.

Filmin bir çox viziual effekti əks etdirəcəyi post-prodüksiyon mərhələsi 3 ay davam edəcək.

«Mahmud və Məryəm» Azərbaycan, Türkiyə ilə yanaşı 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada nümayiş olunacaq.

Şərhləri göstər

XS
SM
MD
LG