Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

Müfti yaralanıb, müavini öldürülüb


Bu gün Kazanda Tatarıstan müftisi İldus Fayzovun xidməti maşını partladılıb. O, yaralanıb.

Bu haqda “İnterfax”a Müsəlmanların Dini İdarəsi aparatının rəhbəri Rishat Hamidull məlumat verib.

Partlayış yerində istintaqçılar işləyir.

Elə bu gün müftinin müavini Valiulla Yakubov öldürülüb. Tatarıstanın daxili işlər nazirliyindən bildiriblər ki, o evindən çıxanda güllələnib.
XS
SM
MD
LG