Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:29

«Bakı»nın baş məşqçisi istefa verdi


«Bakı» futbol komandasının baş məşqçisi Novruz Əzimov tutduğu vəzifədən istefa verib. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, Əzimov istefa ərizəsi ilə kluba müraciət edib. «Bakı» rəhbərliyi də 52 yaşlı mütəxəssisin istefasını qəbul edib. Baş məşqçi vəzifəsinə isə klubun idman direktoru Bojidar Bandoviç təyin olunub.

Novruz Əzimov martın 11-də Aleksandr Starkov istefaya göndərildikdən sonra
«Bakı»da baş məşqçi səlahiyyətlərinin icrasına başlayıb. O, komandaya Azərbaycan Kubokunu qazandırdıqdan sonra baş məşqçi postuna təsdiqlənib. Lakin Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya «Mura»sına məğlubiyyət (0:0, 0:2) Əzimovun istefası ilə nəticələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG