Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

Catherine Ashton Qarabağdakı “prezident seçkiləri” ilə bağlı bəyanat verib


İyulun 19-da Dağlıq Qarabağda keçirilən “president seçkiləri” ilə bağlı Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Catherine Ashton bəyanatla çıxış edib.

“Avropa Birliyi seçkilərin keçiriləcəyi konstitusiya və hüquqi çərçivəni tanımır. Bu “seçkilər” münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparıldığı ümumi çərçivədə Dağlıq
Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə xələl gətirməməlidir”.

Ashton münaqişənin həlli ilə bağlı Avropa Birlyinin ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini xatırladır. Tərəfləri münaqişənin həlli ilə bağlı danışıqlar yolu ilə səylərini artırmağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG