Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:24

Qobustanda hərbi bazada yanğın olub, xəsarət alanlar var


Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və helikopterləri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və helikopterləri hadisə yerinə cəlb olunub.

İyulun 19-da səhər saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Qobustan rayonunda yerləşən hərbi hissəsinin bazasında yanğın baş verib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və helikopterləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildiriblər ki, yanğın zamanı 3 FHN əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisi travma, biri isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend agentliyinə deyiblər ki, xəztəxanaya iki nəfər gətilrilib. Onlar 1973-cü il təvəllüdlü Valid Əfəndiyev və 1987-ci təvvəllüdlü Rauf Hüseynovdur. Onlardan biri hazırda cərrahiyyə əməliyyatı olunur. Digərinin isə çənə nahiyəsi sınıb.

DSX-dən APA-ya bildirilib ki, hərbi hissədə baş verən yanğın artıq söndürülüb. Hadisə zamanı şəxsi heyət arasında xəsarət alan olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG