Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Əsgərlərin yediyi kartof, axtarışda olan korrupsioner məmurlar və ...


Mətbuat icmalı

Mətbuat icmalı

SURİYADA PARTLAYIŞ

«Azadlıq» qəzetində gedən «Bəşər Əsədi ürəyindən vurdular» başlıqlı yazıda qeyd edilir ki, güclü partlayış nəticəsində Suriya diktatorunun iki önəmli naziri, yeznəsi və əmisi oğlu öldürüldü. Özünün isə ölüm xəbəri yayıldı. Partlayışı Bəşər Əsədin mühafizəçilərindən birinin törətdiyi deyilir.

BTQ 2014-DƏ İŞƏ DÜŞƏCƏK

«Azərbaycan» qəzeti yazır ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2014-cü ildə istifadəyə veriləcək. İyulun 18-də Bakıda bu layihənin həyata keçirilməsi üzrə üçtərəfli Əlaqələndirmə Şurasının 4-cü iclası keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq nazirliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə bildirilib ki, BTQ dəmir yolu əvvəlcədən planlaşdırıldığı müddətdə tam istifadəyə veriləcək.

ƏSGƏRLƏR NƏ YEYİR?

«Yeni Müsavat» qəzeti iddia edir ki, Müdafiə Nazirliyi əsgərlərə kartof «poroşoku» yedirdir. Qəzetin yazdığına görə, ölkə boyu tarlalarda min tonlarla kartof çürüyüb gedir. Kilosu 5-6 qəpiyə olan bu təzə məsulu alıb ordunun qidasını gücləndirmək əvəzinə qaranlıq tender yolu ilə xaricdən şişirdilmiş qiymətə konservlər daşınır.

21 KORRUPSİONER MƏMURUN 14-Ü TUTULUB

«Bizim yol» Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevə istinadla yazır ki, 2012-ci ilin birinci yarım ili ərzində 26 vəzifəli şəxs cinayət başında yaxalanıb. Axtarışda olan 21 nəfərin 14-ü tutulub istintaqa təhvil verilib. Hazırda 7 nəfər axtarışdadır. Onların Azərbaycanın hüdudlarından kənarda olması müəyyən edilib və onların tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

ELEKTRON ÖDƏNİŞ VERGİ SİSTEMİNƏ MÜSBƏT TƏSİR EDİB

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə, elektron ödənişin tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsinə müsbət təsir göstərir. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov deyir ki, 2012-ci ilin aprel ayından tətbiq edilən «Vergi və rüsumların internet vasitəsilə ödənilməsi» xidməti artıq vergi ödəyiciləri tərəfindən intensiv istifadə olunmaqdadır.
XS
SM
MD
LG