Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:22

Ağ Ev: «Assad nəzarəti itirib»


Suriya, ötən ay baş vermiş partlayış
Suriya, ötən ay baş vermiş partlayış
Suriya prezidenti Bashar Al-Assadın dörd rəsmisinin öldürülməsi Assadın «nəzarəti itirdiyini» göstərir. Bunu Ağ Ev bildirir.

Suriyanın müdafiə naziri Daoud Rajiha, müdafiə nazirinin müavini Assef Shawkat (o, həm də Assadın qaynıdır) və general Hassan Turkomani dünən intiharçının törətdiyi partlayışda həlak olublar. Daxili işlər naziri Ibrahim al-Shaar isə aldığı yaralardan bir müddət sonra keçinib.

İNTİHARÇI KİM OLUB

Dünən (iyulun 18-də) Milli Təhlükəsizlik Xidmətinin binası yaxınlığında minalanmış maşın partladılıb. İslamçı qrup və Azad Suriya Ordusu partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Reuters agentliyi öz mənbələrinə istinadla yazır ki, intiharçı Assadın yaxın ətrafının mühafizəsində işləyirmiş.

Artıq beş gündür Suriya paytaxtı Dəməşqdə hökumət qüvvələri və qiyamçılar arasında savaş gedir.

Partlayışdan bir neçə saat sonra Suriyanın yeni müdafiə naziri General Fahad Jassim al-Freij dövlət televiziyasında çıxış edib, insidenti «terror hücumu» adlandırıb.

RUSİYA VƏ ÇİN VETO QOYACAQ

Ağ Ev beynəlxalq ictimaiyyəti çağırıb ki, Assadın hakimiyyətdən getməsi planı ətrafında birləşsin.

BMT-nin baş katibi Ban Ki-Moon və beynəlxalq səfir Kofi Annan BMT Təhlükəsizlik Şurasını Suriyaya dair sərt tədbir görməyə çağırıb. Bu gün (iyulun 19-da) Təhlükəsizlik Şurasında Suriya əleyhinə sanksiyalara çağıran qətnamə səsə qoyulacaq. Rusiya və Çinin qətnaməyə veto qoyacağı gözlənilir.

Rusiyanın xarici işlət naziri Sergey Lavrov deyib ki, beynəlxalq sanksiyalar inqilabçı hərəkata açıq dəstək olar və BMT buna getməməlidir.

Ötən il Suriyada zorakılıqlar başlayandan 17.000-dən çox adamın öldürüldüyü bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG