Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09
Bakıda istirahət mərkəzində silahlı insident törədən şəxs həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 17-də saat 03.00 radələrində Səbail rayonundakı “1001 gecə” istirahət mərkəzində naməlum şəxsin açdığı atəş nəticəsində Xəzər rayon sakini Ramal Bayramov döş qəfəsindən aldığı güllə yarasından xəstəxanada keçinib, İmişli rayon sakini Səməd Mənsimov isə qolundan yaralanaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Rəşad Mirələmov tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlumatda “Min bir gecə” istirahət mərkəzinin millət vəkili Hüseynbala Mirələmova məxsus olduğu bildirilir.

Millət vəkilinin qardaşı oğlu Zaur Mirələmov 2011-cu il mayın 20-də qətlə yetirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində onu qətlə yetirməkdə şübhəli bilinən Səməndər Hacıyev və Ramiz Babayev saxlanılıb.

Məlum olub ki, onlar Z. Mirələmovu boğaraq öldürdükdən sonra onun meyitini Zağulba çimərliyində dənizə atıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Mirləmovu qətlə yetirmiş Ramil Babayev 12 il, Səməndər Hacıyev isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG