Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38
Bolqarıstanın Burqas şəhərindəki hava limanında avtobusun partlaması nəticəsində azı 3 nəfər ölüb, 20-dən çox adam isə yaralanıb.

Avtobusda israilli turistlər olub.

Şahidlərin dediklərinə görə bir nəfər naməlum şəxs avtobusa girib və bu vaxt güclü partlayış baş verib.

Kurort şəhəri olan Burqas paytaxt Sofiyanın 400 kilometrliyində yerləşir.

Hava limanı bağlanıb və bütün reyslər Varnı şəhərindəki limana keçirilib.

Bolqarıstan israilli turistlərin ən çox səfər etdiyi ölkələrdən biridir.

İsrailin baş naziri Benjamin Netanyaho bildirib ki, bu terror aktının arxasında İran durur.

O xəbərdarlıq edib ki, İsrail buna küclə cavab verəcək.

Netanyahunun bəyanatında deyilir ki, İran sopn aylar Tailand, Hindistan, Gürcüstan,
Keniya, Kipir və digər ölkələrdə İsrailə qarşı bu cür düşmənçilik aktları tərədib və
Burqasdakı hücum bunun davamıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG