Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:10

Avropa komissiyası Bolqarıstan və Rumınyadan tam razı deyil


Avropa Birliyin icraçı komitəsi Bolqarıstanla Rumınyanı siyasi sabitlik və ölkədə müstəqil məhkəmə sisteminin yaradılmasına sadiq olduqlarını nümayiş etdirmək üçün səyləri artırmağa çağırıb.

Avropa komissiyasının rəhbəri Jose Manuel Barroso “Əməkdaşlıq və nəzarət mexanizmi” adlı hesabatda hər iki ölkədə islahatlar aparılması faktının təsdiqləndiyini deyir.

Bu hesabat Bolqarıstanla Rumınyanın 2007-ci ildə Avropa Birliyinə qəbulundan sonra yayılır.

Amma Barroso qeyd edib ki, Rumınyada baş verən son hadisələr, prezidentin səlahiyyətlərinin impicment yolu ilə dayandırılması Buxarestin qanunun aliliyinə sadiq olduğunu şübhə altında qoyur.
XS
SM
MD
LG