Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

ABŞ Suriyada vəziyyətin nəzarətdən çıxdığını deyir


Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta bildirib ki, Suriyada vəziyyət nəzarətdən çıxır.

Ö ölkədə gərginliyin artmasından narahat olduğunu bildirib və bir daha Suriya prezidenti
Bashar Assada qarşı təzyiqləri artırmağa çağırıb.

Cümə günü Dəməşqdə milli təhlükəsizlik idarəsinin qarşısında törədilmiş partlayış nəticəsində müdafiə naziri Daoud Rajha və onun müavini Assef Shawkat öldürülüb.

Shawkat prezident Bashar Assadın yeznəsidir.

Daxili işlər və kəşfiyyat nazirləri də daxil olmaqla bir neçə məmur isə yaralanıb.

Daxili işlər naziri Mohammad al Sharın vəziyyəti ağırdır.

Suriya televiziyasının məlumatına görə partlayışı intiharçı törədib.

Şahidlərin sözlərinə görə, paytaxtın məhəllələri və ətraf qəsəbələrində döyüşlər gedir.

Suriya hökuməti döyüşlərin terrorçu qruplara qarşı olduğunu deyir.

Müxalifət isə deyir ki, söhbət Bashar Assad rejiminə qarşı son hücumdan gedir.

Bu hücuma görə cavabdehliyi “Suriya azadlıq ordusu” ilə “İslam briqadası” adlı qrup üzərlərinə götürüblər.

Rusiyanın xarici işlər naziri Sergye Lavrov bir daha ölkəsinin Suriya rejiminə qarşı sanksiyaların əleyhinə olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG