Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:17

Az hərəkət etmək siqaret qədər ziyanlıdır


Hər gün dünyada az hərəkət etməkdən 5 milyondan çox adam ölür ki, bu siqaretdən ölənlərin sayı ilə demək olar ki, eynidir.

Bu barədə aparıcı tibb nəşrlərindən olan “ Lancet ” jurnalında yayılan hesabatda bildirilir.

Hesabata görə, dünyada 15 yaşından yuxarı olan əhalinin 1/3-i passiv həyat tərzi keçirir, idman eləmir.

Mütəxəssislər hesab edir ki, mütləq həftədə 5 dəfə 30 və ya 3 dəfə 20 dəqiqəlik intensiv fiziki fəaliyyətlə məşğul olmaq lazımdır.

Passiv həyat tərzi daha çox yaşlı nəsilə, özü də qadınlara aiddir.
XS
SM
MD
LG