Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

Türkiyə Dağlıq Qarabağda keçiriləcək «prezident seçkiləri»ni tanımayacaq


Türkiyə iyulun 19-da Dağlıq Qarabağda keçiriləcək «prezident seçkiləri»ni tanımayacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin iyulun 18-də yaydığı bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, «bu seçkilər BMT Təhlükəsizlik Şurasının qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması, Dağlıq Qarabağda hüquqa zidd mövcud vəziyyəti birtərəfli şəkildə legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür».

«Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında əsas maneə kimi qalmaqda, region ölkələri arasında yaxın qonşuluq və əməkdaşlığa şərait yaradacaq ab-havaya mane olmaqdadır».

Bəyanatda bildirilir ki, Türkiyə Azərbaycanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə pozulması kimi başa düşülən bu əməli pisləyir.

«Türkiyə qeyri-legitim saydığı və beynəlxalq hüquq baxımından heç bir qüvvəsi olmayan «prezident seçkiləri»nin nəticələrini tanımayacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG