Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:50
Şamaxının Çuxuryurd kənd sakini Aqil Məmmədov «Qaynar xətt»ə şikayət edib ki, atası onu yaşadığı mənzildən çıxarır, mənzili isə başqa oğluna verir. Aqil Məmmədov mülkdən məhrum olmasını mülkiyyət hüquqlarının pozulması hesab edir. Deyir ki, mülk onun adından saxta yolla kiçik qardaşı Niyazi Məmmədovun adına keçirilib. Məhkəmələr isə bu saxtakarlığa qanuni don geydirib.

«YAŞADIĞIM EVİ SAXTA YOLLA QARDAŞIMIN ADINA KEÇİRİBLƏR»

Aqil Məmmədov: «1991-ci ildə ailəvi yığışıb mənim adıma ev aldıq. Təqribən 2008-ci ildə ailədə münaqişələr başladı, mən həmin evdə yaşaya-yaşaya evi məndən gizlin və saxta yolla adımdan çıxarıb əvvəl başqa bir adama guya alqı-satqı etdilər. Sonra da həmin adamın adından kiçik qardaşımın adına keçirdilər. Qonşularım da təsdiqləyir ki, o evdə uzun illər mən yaşamışam, uşaqlarım o evdə doğulub, kommunal ödəmələri mən etmişəm. Bunlar da təsdiqləyir ki, evdə mən yaşamışam. Gördüm vəziyyət belədir, məhkəməyə üz tutdum».

Aqil Məmmədov deyir ki, 2008-ci ildən gah ailə üzvlərini məhkəməyə verir, gah da özü ailə üzvləri tərəfindən məhkəməyə verilir. Bu məhkəmələri gah udur, gah uduzur.

«Qazandığım qəpik-quruş da məhkəmə yollarında gedir. İş o yerə çatıb ki, yeməyə çörək tapmıram. Mülkiyyət hüquqlarımı necə bərpa edim, özüm də bilmirəm. Məhkəmələr də pul tələsidir».

Aqil Məmmədov deyir ki, mülk mübahisəsi ailə üzvləri arasında necə münaqişəyə səbəb olubsa, ailə üzvləri onu polisə də veriblər:

Polisə vermişdilər ki, guya əl qaldırmışam, təhqir etmişəm. Bir müddət də başımı belə qatdılar».

«O, QARDAŞININ PAYINA GÖZ DİKİB»

Aqil Məmmədovun atası Hidayət Məmmədov isə deyir ki, indiyə qədər topladığı sərvətini 4 övladı arasında bərabər bölməyə çalışıb. Aqil Məmmədovun yaşadığı ev kiçik oğlu Niyazinin payına düşüb. Ancaq oğlu Aqil bərabər bölgüyə qarşı çıxaraq həm özünə çatan 4 hektara yaxın torpaq sahəsinin, həm də Niyazinin payına düşmüş mənzilin ona verilməsini tələb edib:

Hidayət Məmmədov: «Mən elə edə bilmərəm ki, bir oğluma hər şey verim, o birinə isə heç nə verməyim. Əvvəldən razılığa gəldik ki, Aqil torpağı götürəcək, ev isə Niyaziyə çatacaq. Torpaq sahəsi Şamaxıda prezident iqamətgahı ilə üzbəüz ərazidə yerləşir. 3 hektardan artıqdır. Keçən il o sahəyə 400 min manat verirdilər, Aqil satılmasına razı olmadı. O torpağı satsa Şamaxıda da, Bakıda da bir neçə yerdə ev ala bilər. Torpağı götürəndən sonra dedi ev də mənim olsun. İndi Aqilin qardaşının payına göz dikməsi haqsızlıqdır».

Ailə üzvləri arasında məhkəmə çəkişmələri davam edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG