Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:48
“İranda həbs olunan azərbaycanlı gənc şairlərin işinə görə ölkənin dini rəhbəri ayətullah Xamneyiyə etdiyim müraciətə bu günə qədər heç bir münasibət olmayıb”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar iyulun 18-də “Media forum” saytına belə deyib.

Yazıçı bildirib ki, rəhbərlik etdiyi qurum üzərinə düşən vəzifəni yerinə yetirib, əlavə tədbirlərin görülməsi planlaşdırılmır:

“Yazıçılar Birliyi Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi üçün bəyanat verib. Azərbaycan Pen-klubunun rəhbəri Çingiz Abdullayev İranın prezidenti Mahmud Əhmədnejada, mən ölkənin dini rəhbəri ayətullah Xamneyiyə şəxsən müraciət etmişik. Ayrı-ayrı yazıçılar da bu barədə yazır. Artıq nə etmək olar? Bizdən asılı olanı etmişik”.

Gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər.

Onlar mayın 2-də Təbrizdə həbs olunublar. Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir.

"Media forum"

Günün bütün mövzuları

XS
SM
MD
LG