Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Polşa və Azərbaycan nazirləri görüşüb


İyulun 18-də Bakıda Polşanın xarici işlər naziri Radoslav Sikorsky ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, energetika, neft-qaz, Dağlıq Qarabağ münaqişəsi, xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi məsələlərin müzakirə ediblər.

Görüşdən sonra keçirilən brifinqdə Elmar Məmmədyarov bildirib ki, Azərbaycanla Polşa arasında əməkdaşlıq yüksək səviyyədədir.

Radoslav Sikorsky isə deyib ki, Polşa «Şərq Tərəfdaşlığı» proqramının əsas təşəbbüskarlarından biridir. Bu proqram çərçivəsində viza rejiminin liberallaşdırılması nəzərdə tutulur.

Sikorsky perspektivdə Azərbaycan üçün viza rejiminin tamamilə aradan qaldırılmasının mümkünlüyündən də danışıb.

Nazir Polşanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb.

«Polşa Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qondarma Dağlıq Qarabağ respublikasını tanımırıq. Bu münaqişəni Ermənistan və Azərbaycan öz aralarında həll etməlidir və yekun statusu müəyyənləşməlidir».

Radoslav Sikorsky iki ölkə arasında energetika sahəsindəki əməkdaşlıqdan danışarkən bildirib ki, Polşa enerji resurslarının nəqlinin diversifikasiyasında maraqlıdır.
XS
SM
MD
LG