Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:16

Moskvada narkotiklərdən ölüm halları çoxalıb


Rusiya Federal Narkotiklərə Nəzarət Xidməti Moskva filialının rəhbəri ötən illə müqayisədə paytaxtda narkotiklə bağlı ölümün 2 dəfə artdığını açıqlayıb.

Vyaçeslav Davidov iyulun 17-də deyib ki, bu il üçün şəhərdə yüksək dozadan 202 nəfərin öldüyü qeydə alınıb. Bu isə 2011-ci ilin analoji dövründəki statistikadan 2 dəfə çoxdur.

Davidov bu artımı aşağı keyfiyyətli və “evdə hazırlanan” narkotik istifadəsilə əlaqələndirir.

Bundan əvvəl rəsmilər açıqlayıblar ki, onlar qərbi Sibir regionu olan Kemerovoda səkkiz kiloqram yüksək konsentrasiyalı əfqan heroin müsadirə ediblər. Qeyd olunur ki, bu reydin Mərkəzi Asiya ölkələrindən “böyük beynəlxalq” kontrabandanın qarşısının alınmasında mühüm rolu olub. Bununla əlaqədar prezident Vladimir Putin 2016-cı ilə qədər narkotik istifadəsinin 15 faizə qədər azaldılmasına dair sərəncam imzalayıb.
XS
SM
MD
LG