Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:12

XİN: Dağlıq Qarabağda prezident seçkilərinin keçirilməsi təxribatdır


Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçiriləcək prezident seçkilərini Ermənistanın təxribat addımı kimi qiymətləndirib.

XİN-in sözçüsü Elman Abdullayev iyulun 18-də keçirilən brifinqdə vurğulayıb ki, bu addım mövcud status-kvonu daha da möhkəmlədir və erməni tərəfinin danışıqlar aparmaq arzusunda olmadığını təsdiqləyir.

Müxtəlif ölkələrdən müşahidəçilərinin işğal altındakı ərazilərə səfəri ilə bağlı isə Elman Abdullayev deyib: «Azərbaycanın işğal altında olan ərazilərinə bizim razılığımız olmadan, qanunsuz səfər etmiş şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır».
XS
SM
MD
LG