Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:42

3-cü qrupa imtahan zamanı 1 nəfər 700 bal topladı


Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 74 saylı məktəbin şagirdi 700 bal toplayıb.

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1 nəfər 700 bal toplayıb.

Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu, Bakının 74 nömrəli məktəbinin şagirdidir. İmtahanda ikinci ən yüksək nəticəni 695 balla Cəlilabad rayon Xəlilli kənd orta məktəbinin şagirdi göstərib. Ümumilkdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb.

İyulun 14-də keçirilən imtahanın nəticələrinə əsasən, 9038 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
XS
SM
MD
LG