Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:11

Xilasedicilər dənizdə boğulan 4 nəfəri xilas edib


İyulun 17-də Bakı çimərliklərində ölümlə nəticələnən iki boğulma hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, elə həmin gün Xəzər və Suraxanı rayonları ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfəri nazirliyinin dalğıc-xilasediciləri xilas edib.

Çimərlik mövsümü başlayandan Bakıda 12 boğulma hadisəsi baş verib. Onlardan 7-si ölümlə nəticələnib.

Bu haqda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
XS
SM
MD
LG