Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:35

26 vəzifəli şəxs haqda cinayət işi açılıb


2012-ci ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vətəndaşların 1328 müraciətinə baxıb.

Daxil olmuş 27 müraciət və 83 digər məlumatlara cinayət xarakterli material kimi baxılıb. Onlardan 61-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Bu haqda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev iyulun 18-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Kamran Əliyev bildirib ki, hesabat dövründə törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə bağlı idarəyə 236 müraciət daxil olub.

Tədbirlər nəticəsində 26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət işləri başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG