Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:23

Qabiliyyət imtahanları keçirilir


Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, seçmə turlarda iştirak edərək müvəffəq qiymət alan və test imtahanı nəticəsində müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər iyulun 18-dən qabiliyyət imtahanı verəcəklər.

Qabiliyyət imtahanları iyulun 24-dək davam edəcək.

Test imtahanının nəticəsinə görə 9038 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiəqəsində iştirak edə bilərlər.
XS
SM
MD
LG