Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Pakistanda bomba azı 8 nəfəri öldürüb


Rəsmi məlumata görə, iyulun 18-də Pakistanın şimal-qərbində yol kənarına yerləşdirilmiş bomba bir avtomobili partladıb, partlayış 2 uşaq daxil olmaqla ən azı 8 şiə vətəndaşın ölümünə səbəb olub.

Yerli rəsmi Zakir Hussain deyib ki, uzaqdan idarə olunan bomba Orakzai rayonunda əsasən şiələrin məskunlaşdığı Sepoy kəndində partladılıb.

Hussain bildirib ki, partlayışda dörd nəfər yaralanıb.

Digər rəsmi Cəmil Xan həlak olanların sayının 12 olduğunu açıqlayıb.

Orakzai Taliban və Əl-Qaidənin Əfqanıstanda yerləşən əsas məkanlarına sərhəd olan 7 rayondan biridir.

Pakistanda əksər əhali sünni müsəlmanlardır, əksər sünni və şiələr birlikdə dinc şəraitdə yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG