Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:31

Polşa xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb


Polşanın xarici işlər naziri Radoslav Sikorsky Azərbaycana gəlib.

APA-nın məlumatlına görə, səfər Azərbaycan və Polşa arasında diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunub.

Polşa xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Görüşlər zamanı Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Şərq Tərəfdaşlıq proqramın çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Radoslav Sikorsky həmçinin Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, İçərişəhərlə tanış olacaq.
XS
SM
MD
LG