Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:52

TQDK-nın səlahiyyətləri artırılıb


İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

AzərTac-ın məlumatına görə, fərmana əsasən, Prezident yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planının elan edilməsi və onun əsasında sənəd qəbulunu təşkil edilməsi TQDK-ya həvalə olunub.

Fərmandan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb.

Ədliyyə Nazirliyi də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG