Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 03:58

“Adə, köpəyuşağı, mənə də?”


"Nəsimi" filmindən kadr
"Nəsimi" filmindən kadr
-
AzadlıqRadiosunun “İz” proqramında “Kinosorğu” adlanan yeni rubrikada ölkənin tanınmış şəxslərinə bir sualla üz tuturuq:

Dünya kinosunda yaddaşınıza həkk olunan, sizi titrədən kadr varmı, varsa hansıdır?



Cəmil Həsənli, tarixçi-alim:

--Yadımda qalan epizodlar çoxdur. Müxtəlif filmlərdən.

Xüsusilə, “Bir cənub şəhərində” filmində (rejissoru Eldar Quliyevdir) bir yer var.

Cinayətkarı tutmaq istəyəndə milis işçisi deyir: Xəlilov naryad göndərmək istəyirdi, dedim lazım deyil, özüm gətirəcəm.



Bir də “O olmasın, bu olsun” filmindəki dava səhnəsində Qoçu Əsgər əvvəl deyir: “Adə, vurun! Adə, vurun!” Özünə dəyəndə isə deyir: “Adə, köpəyuşağı, mənə də?”

Əli Əmirli, yazıçı:

- İstər dünya kinosunda, istərsə də Azərbaycan kinosunda mənim xoşladığım kadrlar çoxdur.

Fellininin “Amorkord” filmində adamlar bir-biriylə qartopu oynayır və birdən hardansa tovuzquşu uçub gəlir. Onun quyruğunu açması, əlvanlığı bütün gözəlliyilə qarın içərisində ekranı tutur. Çox qəfil, yaddaqalan, effektli bir səhnə idi.



Son vaxtlar İran filmlərində maraqlı kadrlar görürəm. Məcidinin “Cənnətin rəngi” filmində maraqlı məqam var. Anadangəlmə kor uşaq uzun illər onun qayğısına qalmış nənəsi ilə müəyyən ayrılıqdan sonra görüşür. Uşaq nənəsinin əlindən tutur, tarlada gedirlər. Nəvə nənənin damarları çıxmış və qırışmış kobud əlini sığallayıb deyir: Mən ömrümdə belə yumşaq, mehriban, gözəl əl görməmişəm.



Azərbaycan filmlərinə gəldikdə isə, yəqin ki, “Nəsimi”də (rejissor Həsən Seyidbəyli) edam səhnəsi. “Qafil! Günəş batanda rəngi saralar!”-- fikri Rasim Balayevin ifasında çox təsirlidir.



Elçin Musaoğlu, rejissor:

-Sualı eşidən kimi Tarkovski yadıma düşür. “Stalker” filmindən bir kadr: Üç nəfər --Alim, Stalker və Yazıçı "Zona"ya təkərli arabanın üstündə gedirlər. Uzun bir kadrdır. Sakitcə oturub "Zona"ya keçirlər.Yalnız təkərlərin səsi eşidilir. Bu, heç yadımdan çıxmır.

Bir epizod daha…Yenə Tarkovski, amma “Qurbanvermə” (Жертвоприношениe) filminin kulminasiya nöqtəsi. Evi yandırır ey? Bilmirəm, baxmısınız, ya yox? Bax, o epizod xoşuma gəlir mənim. Evi yandırır və maşın gəlib Aleksandrı aparır.



Bəs səni silkələmiş kadrlar hansıdır?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG