Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

MTN brilyant qaçaqmalçılarının yaxalanması haqda məlumat yayıb


-
Milli Təhlükəsizlik Nazirliyi (MTN) bildirir ki, külli miqdarda narkotik vasitələri və brilyant daşlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirən şəxsləri yaxalayıb.

Narkotikə görə tutulanlar İran vətəndaşları Hassan Avızak, Hamzeh Sakanlou, Azərbaycan vətəndaşları Ramil Tağıyev, Alidə Məmmədova, Camal RzayevRamil Rzayevdir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycan vətəndaşları Məmməd RzayevRamiz İbrahimov külli miqdarda brilyant daşlarının Dubayda alınaraq qanunsuz olaraq Azərbaycana gətirilməsini təşkil ediblər.

«Bakı hava limanında aparılan əməliyyat zamanı 110.93 karat brilyant müsadirə olunub».

Bütün faktlar üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb. Adları çəkilən şəxslər barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.
XS
SM
MD
LG