Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

ABŞ iki ukraynalını "quldarlığa" görə 20 il həbsə məhkum edir


ABŞ məhkəməsi ukraynalı 52 yaşlı Omelyan Botsvynyuku 20 il həbsə məhkum edib.
O, Ukraynadan öz həmkəndlilərini gətirib, Filadelfiyada evlərdə çox az pula və bəzən də havayı işlədirmiş.
O, işçilərini qorxutmaq üçün seksual və fiziki zorakılığa da əl atırmış.
Prokurorun dediyi kimi müasir quldarlıqla məşğul olan Omelyan Botsvynyukun qardaşı Stepan da eyni ittihamla məhlkəməsini gözləyir. Ona da 20 il həbs verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG