Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:31

Vasif Talıbov: «Naxçıvan cəmi bir il ərzində bir neçə dəfə qurulub tikilib»


Vasif Talıbov
Vasif Talıbov
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq Qapısı» 08 iyun 2012. sayı: 106(20.511)


CULFA BƏLƏDİYYƏLƏRİNİN FƏALİYYƏTİ MÜZAKİRƏ EDİLİB

Culfa rayonunda «Bələdiyyələrin fəaliyyətində kargüzarlıq işinin təşkili və qanunçuluğa riayət olunması» mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbiri rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Ağayev açmışdır.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov çıxışında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında ötən dövr ərzində bələdiyyələr öz işlərini xeyli təkmilləşdirmiş və yerli özünüidarəetmədə müəyyən təcrübə qazanmışlar. Bir neçə il öncə bələdiyyələr üçün problemli görünən işlər artıq qanunvericiliyin tələbləri çərçivəsində qurulmuşdur. Bəzi bələdiyyələr hətta yerli özünüidarəyə aid məsələlərin həllində mütərəqqi təcrübə yaratmışlar və təcrübə hazırda digər bələdiyyələr arasında yayılır və tətbiq edilir. Ancaq hələ də bələdiyyələr var ki, kargüzarlıq işinin təşkili və qanunçuluğa riayət olunması işinə səthi yanaşır.


YAXŞI QURUCULUQ VƏ VƏTƏNPƏRVƏRLİYİN UĞURLU HESABATI

...O çətin, ağır, məşəqqətli günlərdə Naxçıvan əhalisinə çatdırılan elektrik enerjisi regionda qış fəslində günəşin doğması qədər qeyri-adi dərəcədə əhəmiyyətli idi. Bunlar böyük dövlət xadimi Heydər Əliyev siyasətinin işıqları idi. İnsanlar Heydər Əliyevə öz xalqının Günəşi kimi baxırdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük səyləri ilə əsası ulu öndərimiz tərəfindən qoyulmuş Naxçıvan Muxtar Respublikası ərazisinə qaz çəkilişi işinin 2005-ci ildə həyata keçirilməsi ilə regionda sabit həyatın əsası qoyulmuşdur. Bundan sonrakı dövrlərdə Azərbaycan Respublikası Prezidentinin qayğısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin regionda həyata keçirdiyi ardıcıl və məqsədyönlü quruculuq siyasəti sayəsində qədim diyardakı Heydər Əliyev Su Anbarında və Biləv çayı üzərində su elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, Naxçıvan Modul və Qaz – Turbin Elektrik stansiyalarının quraşdırılması ilə Naxçıvan Muxtar Respublikası nəinki elektrik enerjisi baxımından öz problemini həll etmişdir, hətta vaxtilə qarşılıq köməyindən faydalandığı Türkiyəyə enerji ixrac etmək səviyyəsinə gəlib çata bilmişdir.

Bütövlükdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Naxçıvan-Culfa magistralının açılışı mərasimindəki ötən bir ili əhatə edən çıxışı informasiya tutumuna, zəngin statistikasına, təhlil və ümumiləşdirməsinə görə sanki bir neçə ilin hesabatı idi: «Naxçıvan Muxtar Respublikası cəmi bir il ərzində bir neçə dəfə inkişaf etmiş, qurulub tikilmişdir». Bu yığcam və dərin məzmunlu çıxışın arxasında fasiləsiz, böyük və gərgin fəaliyyətin ciddi və əhəmiyyətli nəticələri dayanır...
XS
SM
MD
LG