Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:10

Vəkillər Kollegiyasının sədri siz olsaydınız…


Adil İsmayılov
Adil İsmayılov
«Vəkillər Kollegiyasının sədri olsaydım, vəkilliyi yararsız adamlardan təmizləyərdim».

Bu sözləri vəkil Adil İsmayılov Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin «Hüquq işığında» proqramına müsahibəsində söyləyib.

Adil İsmayılov bir saat boyunca Azərbaycanda vəkilliyin vəziyyətindən söhbət açıb.

Sonda « Əgər Vəkillər Kollegiyasının sədri olsaydınız, vəkillikdə hansı islahatlar həyata keçirərdiniz» sualına tanınmış vəkil belə cavab verib:

«Mən Vəkillər Kollegiyasının sədri olsaydım, ilk növbədə, vəkilliyi yararsız adamlardan təmizləyərdim.

İkinci növbədə, vəkilliyə sərbəst qəbul təşkil edərdim və vəkil olmaq istəyən ali hüquq təhsilli hüquqşünası ümumi dünyagörüşü ilə əlaqədar testdən keçirib, vəkilliyə qəbul edərdim.

Daha sonra vəkilliyin nüfuzunu artırmaq üçün universitetdə xüsusi vəkillik fənni təsis edərdim. Xahiş edərdim ki, Azərbaycanın az-çox tanınan vəkilləri gedib tələbələrə başa salsınlar ki, ümumiyyətlə, vəkillik nədir...»

Adil İsmayılov vəkilliyin nüfuzunun qaldırılmasının vacibliyini xüsusi qeyd edib: «Vəkillik hüquq sisteminin güzgüsüdür. Hüquq sistemi necədirsə, vəkillik də o cürdür. Vəkillik necədirsə, hüquq sistemi də o cürdür. Vəkillikdə dönüş yaratmaq lazımdır. Vəkilliyi layiq olduğu səviyyəyə qaldırmaq lazımdır».

«Hüquq işığında» proqramı ABA- CEELI tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə hazırlanır.
XS
SM
MD
LG