Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:33
Dünya Bankının yeni hesabatına görə, Azərbaycanda hər 100 adamdan 84-də mobil telefon var.
Hər bir mobil telefon sahibi öz telefonu ilə bir ayda orta hesabla 114 dəqiqə, yəni təxminən 2 saat danışır.

Mobil internetdən istifadə edənlər isə Azərbaycanda əhalinin cəmi 1,3 faizidir.

Mobil telefon rabitəsi bütün ölkə ərazisini əhatə edir.

6 MİLYARD TELEFON

Dünya Bankının hesabatında deyilir ki, dünya əhalisinin 75 faizinin indi mobil telefon əlaqəsinə çıxışı var.
2000-ci ildə dünyada cəmi 1 milyard mobil telefon var idisə, hazırda onların sayı 6 milyarddır.
Maraqlıdır ki, bunun 5 milyardı inkişaf etməkdə olan ölkələrdədir.


Jamie Rosenberg, Google-da Digital Content (Android)-in direktoru telefonlar üçün Google Musici təqdim edir

Jamie Rosenberg, Google-da Digital Content (Android)-in direktoru telefonlar üçün Google Musici təqdim edir

2011-ci ildə dünyada mobil telefonlara 30 milyard mobil telefon əlavələri və ya “apps” proqramları yüklənib.

QONŞULAR

Azərbaycanın qonşuları arasında Rusiyada hər 100 adama 90 mobil telefon düşür. Mobil internetdən istifadə edənlər 17 faizdir.

Gürcüstanda əhalinin 80 faizinin mobil telefonu var. Mobil internet istifadəçilərinin sayı haqda məlumat verilmir.
Mobil telefon istifadəçiləri və mobil internet haqda məlumat Ermənistan barədə də yoxdur.
İranda əhalinin 71 faizinin mobil telefonu var. Mobil internet istifadəçiləri əhalinin 3 faizidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG