Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:21

“Dünya ədəbiyyatı kitabxanası” seriyasından daha 3 kitab


Prezidentin sərəncamı ilə yaradılmış “Dünya ədəbiyyatı kitabxanası” seriyasından daha 3 kitab işıq üzü gördü.

"Oxu zalı"nın verdiyi məlumata görə, bunlar Nobel mükafatçısı, bir çoxlarının 20-ci əsrin ən böyük ingilisdilli şairi hesab etdiyi Tomas Eliotun “Seçilmiş əsərləri”, polyak yazıçısı, filosofu və futuroloqu, əsərləri dünyada 30 milyon nüsxə satılmış Stanislav Lemin “Seçilmiş əsərləri” və Amerika yazıçısı Herman Melvilin dünya nəsrinin möhtəşəm nümunələrindən sayılan “Mobi-Dik, yaxud Ağ balina” romanıdır.

Beləliklə, bu 150 cildlik seriyadan çap olunan kitabların sayı 74-ə çatıb. Daha ətraflı kitabklubu.org saytında.


Kitabların içindəkilər:


Tomas Eliot – Seçilmiş əsərləri

Tomas Eliot: “Şeir poeziya deyil, şeir həyatdır”
Tomas Eliotun Nobel nitqi


Şeirləri- 32 adda

Dram əsərləri:
Kilsədə qətl
Ailənin yenidən qovuşması
Kokteyl qonaqlığı
Etibarlı məmur


Stanislav Lem - Seçilmiş əsərləri

Stanislav Lem-gerçəkləşən fantaziya

Romanlar:
Solyaris
Təyinatını dəyişən xəstəxana

Hekayələr:
İstintaq
137 saniyə

Pyeslər:
Ay gecəsi
Mister Cons, siz yaşayırsınızmı?
Buterbrod (kinossenari)


Herman Melvil

Mobi-Dik, yaxud Ağ balina

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG