Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:26

Dəməşqin mərkəzində atışma gedir


Dəməşqdən gələn xəbərlərə görə, silahlı toqquşmalar şəhərin mərkəzində davam edir. Dəməşqin mərkəzində yerləşən Suriya Mərkəzi Bankının olduğu ərazidə atışmalar gedir.

Şahidlərin sözlərinə görə, hökumət qoşunlarının helikopterləri şəhərin bir neçə rayonuna zərbələr endirib. Həmin ərazilərdə özünü Azad Suriya Ordusunun əsgərləri adlandıran müxalifətçilər cəmləşibmiş.

Bu arada müxalifətin tərəfinə keçmiş Suriyanın İraqdakı keçmiş səfiri Nabaf al-Fares BBC-yə bildirib ki, Bashar Assad kimyəvi silahlardan da istifadə edə bilər. O, Suriya hakimiyyətini “Əl-Qaidə” ilə əməkdaşlıqda da ittiham edib.
XS
SM
MD
LG