Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42
Köln əyalət məhkəməsi sünnəti “yaralama suçu” olaraq dəyərləndirən və qadağan edən qərara imza atıb. Deutsche Welle – “Almaniyanın səsi”nin internet saytı xəbər verir ki, Almaniya Ədliyyə Nazirliyi və Ali Məhkəmə qərarı incələyib, konstitusiyaya uyğun olub-olmadığını araşdırır.

Almaniyada bəzi əyalətlərdə bu qadağanın dəstəklənməsi haqda çıxışların artdığı bir vaxtda Almaniya Baş kansleri Angela Merkel işə qarışıb.

İiyulun 19-da Xristiyan-Demokrat Blokunun toplantısında Merkel sünnət məsələsi ilə bağlı mövqeyini açıqlayıb. Financial Times Almaniya qəzetinə görə, Merkel açıqca bəyan edib ki, “yəhudilərin dini rituallarını yerinə yetirə bilmədiyi yeganə ölkənin Almaniya olmasını” istəmir. O, əlavə edib ki, belə bir qadağa ciddiləşsə, bütün dünya Almaniyanı məsxərəyə qoyar.

SÜNNƏT QANUNU PARLAMENTDƏ

Ancaq Köln məhkəməsinin bu qərarından sonra Almaniyanın iqtidar partiyası – Xristian Demokrat Birliyinin təşəbbüsü ilə iyulun 19-da Federal parlamentdə sünnətlə bağlı dinləmələr təşkil edilməsi qərar alınıb. Sünnətlə bağlı qanun layihəsinə ehtiyac yarandığı fikri ortaya atılıb və sözgedən dinləmələrdə layihə müzakirəyə çıxarılacaq və parlamentdəki digər partiyaların da fikirləri öyrəniləcək.

Hökumətin sözçüsünün verdiyi açıqlamaya görə, dinləmələrdən öncə də partiyalar arasında fikir ayrılığı yoxdur. Həm sosial demokratlar, həm də Yaşıllar hərəkatı sünnətlə bağlı qanuna ehtiyac olduğunu düşünürlər. Ancaq bu qanun sünnəti qadağan yox, əksinə qanuni etmək şərtlərini müəyyənləşdirəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG