Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Beş fransız əsgəri öldürən haqqında ölüm hökmü çıxarıldı


Əfqanıstanda hərbçi Abdul Sabor haqqında ölüm hökmü çıxarılıb. O, bu ilin yanvarında 5 fransız hərbçinin ölümündə ittiham olunub.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, hökmü Hərbi Məhkəmə çıxardıb.

Adul Sabor bu il yanvarın 20-də Kapis əyalətində NATO hərbçilərinə atəş açmışdı. Dörd fransız əsgəri yerində həlak olmuşdu. Beşinci hərbçi isə hospitalda ölmüşdü. Həmin vaxt 15 nəfər yaralanmışdı.

Əfqanıstanda bu cür insidentlər tez-tez baş verir. İlin əvvəlindən azı 26 əcnəbi hərbçi öldürülüb.
XS
SM
MD
LG