Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Torontoda əyləncə gecəsində atəş açılıb, ölənlər var


Kanadanın ən böyük şəhərlərindən biri olan Torontoda əyləncə gecəsində atəş açılıb. Atəş nəticəsində 2 nəfər ölüb, 20 adam yaralanıb.

Kanada polisinin məlumatına görə, atəş qonaqlar arasında baş verən dava-dalaş nəticəsində açılıb. 20 yaşlı oğlan və 19 yaşlı qız öldürülüb. Yaralılar arasında da bir körpə də var. Azı 8 yaralı xəstəxanaya yerləşdirilib.

Polis şübhəlilərdən birini saxlayıb. İstintaq qrupunun fikrincə, atəş açanlar bir neçə nəfər olub.

Toronto polisinin şefi Bill Bleyer bildirib ki, bu şəhərin tarixində bu qəbildən olan ən ciddi hadisədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG